You are currently viewing Böyrək biyopsiyası haqqında sizi maraqlandıran bütün suallara cavab

Böyrək biyopsiyası haqqında sizi maraqlandıran bütün suallara cavab

Böyrək Biopsiyası nədir və nə zaman icra olunur?

Böyrəklər bədəndə önəmli funksiyalar icra edən orqanlardır. Böyrəklər ürəyin dəqiqəlik qan atımının 20%’ini aldığı üçün bədəndə olan bir patolojik proses onun işini poza bilir. Böyrəklər birbaşa zədələnə bildiyi kimi digər orqan və sistemlərin xəstəlikləri zamanı zədələnir. Böyrəkləri zədələyən xəstəliyin araştırılması zamanı qan və sidik analizlərindən istifadə olunur. Lakin bu analizlər hər zaman bilgi vermir və böyrək biyopsiyası ehtiyacı olur. Biyopsiya yardımı ilə yalnızca böyrəkləri tuttan xəstəliyin nə olduğu hakkında məlumat vermir, eyni zamanda bu xəstəliyin nə dərəcədə yayılması, müalicəyə cavab verib verməyəcəyi, müatlicə taktikasının seçilməsi üçün önəmli yolgöstərici olur.

Biopsiya öncəsi xəstənin diqqət edəcəyi hallar nələrdir?

Biopsiya etmək qərarı alındıqdan sonra xəstə aspirin, plavix, clexan və s. kimi qansulandırıcı dərmanları istifa edib etməsəsi baxımından sorğulanır. Bu dərmanlar qanama riskini artırdığı üçün biopsiyadan ən az 5 gün öncəsində kəsilməlidir. Xəstə eyni zamanda qanama problemi olan hematolojik xəstəliklər baxımından da sorğulanır. Xəstə biopsiyadan öncəki gün gecə saat 12’dən sonra ac olmalıdır, su və digər maye qəbulunu, yeməyi dayandırmalıdır və səhər ac olaraq xəstəxanaya gəlməlidir.

Böyrək biopsiyası necə icra olunur?

Biopsiya günün ilk yarısında icra olunur. Xəstə üzüstə uzanır, əllərini başının yanına qoyur. Ultrasəs cihazı yardımı ilə böyrəklərə baxılır və biopsiyaya maneə olabiləcək bir vəziyyətin olun olub-olmamsı yoxlanılır. Əgər bir maneə aşkar olunmursa biyopsiya olunacaq yer işarətlənir. Biyopsiya əksər hallarda sol böyrəkdən icra olunur. Sağ böyrək qaraciyər altında olduğu üçün və qaraciyərə yaxın olduğu üçün oradan biyopsiya olunmasına üstünlük verilmir. Sol tərəfli biyopsiyaya maneə olacaq hallar olduğunda sağ tərəfli biyopsiya da olunur. Biyopsiya yeri işarətləndikdən sonra o bölgə antiseptik dərmanlarla tamami ilə təmizlənir. steril, yəni mikrobsuz bölgə yaradılır. Həkim steril geyinərək təkrarən təmizlik icra edir. Sonrasında lokal anestetik dərmanlar yardımı ilə o bölgə keyləşdirilir. Prosedur qısa olduğu üçün ümumi anesteziya olunmur, yəni xəstə tamami ilə yatızdırılmır. Prosedur bölgəsi steril örtü ilə örtülür. Sonrasında biyopsiyanın icra ediləcəyi xüsusi tam avtomatik biyopsiya iynəsi açılır. Ultrasəs cihazının müşaiyəti ilə iynə ilə girilərək böyrəyə qədər ilərlənir və biyopsiya icra olunur. bir neçə fərqli boyama olduğu üçün ən az 2 ədəd nümunə alınır. Hər iki nümunə bir böyrəkdən alınır, çünki patolojik proses əksər hallarda hər iki böyrəyi eyni dərəcədə tutmuş olur. Lokal anestetiklərin təsirindən prosedur bölgəsində ağrı olmur. Alınan nümunələr xüsusi məhlulun içinə qoyulur və ən qısa müddətdə patologiya şöbəsinə çatdırılır. Prosedur bölgəsi steril sarğı ilə örtülür. qanama riski olduğu üçün xəstə 1 gün boyunca xəstəxanada hərəkətsiz halda yatırılır və qan analizi kontroluna baxılır. Hər hansı bir ağırlaşma olmazsa 24 saat sonra xəstə evə göndərilir. Prosedurdan sonrakı 10 gün ərzində xəstənin ağır iş görməməsi istənir.

Biyopsiyaya bağlı olabiləcək ağırlaşmalar hansılardır və risklər nələrdir?

Biopsiya zamanı nümunə üçün böyrəyin 0.1%’dən az bir hissəsi alınır, hər böyrəkdə 1 000 000 aktiv qlomerul olur və biyopsiya zamanı bunun 30-40 ədədi alınır. Prosedur sonrası ən çox görülən ağırlaşma qanamadır. Hematuriya yəni sidikdə qan görülməsi 3.5%’dən az xəstədə görülür və keçici olur. 1.6% xəstədə qan köçürülməsinə ehtiyac olur. Nadirən 0.3% xəstədə qanama durmur və əməliyyat ehtiyacı olur. Biopsiya altda yatan xəstəliyin gedişatına heç bir şəkildə təsir göstərmir və xəstəliyin şiddətini və yayılmasını artırmır.

Biopsiya verdiyi bilgiyə görə nefrologiyanın ən önəmli prosedurudur və təxrübəli əllərdə icra olunduğunda minamal riski vardır.