Cəbrayıl Cəbrayılov

Salam dəyərli ziyarətçi. Personal websaytıma xoş gəlmisən. Burada biraz mənim haqqımda daha çox isə Nefrologiya haqqında danışacayıq. Mən 2011-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 2012-ci ildə Türkiyənin Hacettepe Üniversitesi Tibb Fakültəsində Daxili Xəstəliklər uzmanlığına başlamışam. 2017-ci ildə bu uzmanlığı bitirmişəm. 2018-ci ildə yenidən Hacettepe Universitetində Nefrologiya ixtisası üzrə yandal (üst ixtisas) uzmanlığına başlamışam. 2021-ci ildə Nefrologiya uzmanlığımı aldıqdan sonra Azərbaycana qayıtmışam. Hal-hazırda Ege Hospitalda fəaliyyətimə davam edirəm. Mənim və iş təcrübəm haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz. Saytın digər bölmələrindən isə Nefrologiya haqqında daha ətraflı məlumat ala bilərsiniz.

Nefrologiya nədir?

Nefrologiya böyrək xəstəliklərinin diaqnostikası, müalicəsi və təqibi ilə məşğul olan tibb sahəsidir

Nefroloq nələri müalicə edir?

Kəskin və Xroniki Böyrək Çatışmazlığı

İltihabi proseslər, infeksiyalar, başqa orqan və sistemlərin xsətəlikləri, intoksikasiyalar kimi proseslər kəskin böyrək çatışmazlığına səbəb olabilər. Əgər bu səbəblər zamanında və doğru bir şəkildə müalicə olunmazlarsa geriyə dönüşü çətin olan xroniki böyrək çatışmazlığına səbəb olur. Bunlarla yanaşı daha yavaş şəkildə ilərləyən şəkərli diyabet və hipertoniya kimi xəstəliklər də kontrol altında olmadıqda xroniki böyrək çatışmazlığına gətirib çıxarır. 

Qlomerulonefritlər

Qlomerulonefritlər böyrəklərin immunolojik olaraq zədələnməsidir. Əgər preses əsas olaraq böyrəyin zədələnməsi ilə gedirsə bunlar birincili qlomerulonefritlərdir. Əgər böyrək başqa xəstəliyin nəticəsi olaraq zədələnirsə bunlar ikincili qlomerulonefritlər olaraq təsnif olunur.

Böyrək Transplantasiyası

Xroniki böyrək çatışmazlığı ilərləyərək son mərhələ böyrək çatışmazlığına gəlir və bu xəstələrin böyrək əvəzedici müalicə ihtiyacı olur. Bunlar hemodializ, periton dializi və böyrək diyalizidir. Böyrək çatışmazlığı inkişaf edən insanlara tamamilə sağlıklı insandan böyrək köçürülməsi Böyrək Transplantasiyasıdır.

Hipertoniya- Qan Təzyiqi Yüksəkliyi

Dünyada ən çox görülən xəstəliklərdən biri olan Hipertoniya – arterial qan təzyiqinin >140/90 olması ilə diaqnoz qoyulur. Zamanında kontrol altına alınmayan qan təzyiqi yüksəkliyi infarkt, insult, xroniki böyrək çatışmazlığı kimi ciddi ağırlaşmalara səbəb olur.