Ən çox soruşulan suallardan biri yandal nədir və yandal uzmanı kimlərə deyilir? Tibb universitetini bitirdikdən sonra tıbb təhsilini davam etdirmək üçün hər bir ölkənin fərqli protokolları vardır – bu Azərbaycanda rezidentura təhsili, Türkiyədə isə uzmanlık təhsilidir. Tıpta Uzmanlık Sınavını’nda (TUS) uğur qazandığınızda seçdiyiniz ixtisas üzrə təhsilinizə başlayırsınız. Bunlarda biri də Daxili Xəstəliklər ixtisasıdır. Azərbaycanda terapiya olaraq bilinin bu ihtisas üzrə təhsil 4 il təşkil edir. Bu müddət ərzində teorik dərslərlə yanaşı əsas olaraq praktiki olaraq təcrübə qazanırsınız. İlk başladığınızda təcrübəniz az olduğunuzdan sizə daha çox kiçik işlər verilir, zaman içində imtihanlardan keçirsiniz və təcrübə qazandıqca sizə daha büyük işlər verilir və xəstələrin görülməsi, diaqnozların qoyulması, müalicələrinin başlanması və təqiblərindən birbaşa cavabdeh olursunuz, yalnızca gündüzləri işləmirsiniz gecələri də ayda ən az 10 ədəd növbə tutursunuz. Bu müddət ərzində daxili xəstəliklərin bütün bölmələri ilə işləyirsiniz, minlərlə xəstə görürsünüz, teorik dərslər alırsınız və imtihanlardan keçirsiniz. Təhsil programı tamamlandığında son imtihandan keçərək Uzman ünvanını qazanırsınız.
Sonrasında daxili xəstəliklərin daha dar bir sahəsi ilə məşğul olmak istəyirsinizsə o zaman bir daha Yan Dal Uzmanlık Sınavından (YDUS) keçirsiniz. Daxili xəstəliklər uzmanlığını almadan sizin bu imtihana girişiniz qadağan olur. Məqsəd dara dar bir sahə ilə məşğul olmadan öncə bütün daxili xəstəlikləri bilməyinizi təmin etmək və sizi daha kamil bir həkim kimi yetişdirməkdir. Əgər siz YDUS imtihanında da uğur qazanarsınızsa seçdiyiniz ihtisas üzrə yandal təhsil proqramına başlayırsınız. Bu proqram digər ölkələrdə Fellowship proqramı olaraq bilinir. Bu müddət ərzində də siz həm teorik olaraq təhsil alırsınız, ən əsası isə praktiki olaraq işləməyə davam edersiniz. Seçdiyiniz təhsil ocağının sseçdiyiniz bölümündə, professor və doçentlərdən ibarət hoca heyyəti ilə bölümün fəaliyyətini idarə edersiniz. Aktif olaraq öyrənir və özünüzdən daha sonra gələnlərə öyrədirsiniz. 3 illik fəaliyyətiniz boyunca öz ixtisasınıza uygun minlərlə xəstə görürsünüz. Sonda yenidən imtihandan keçərək Yandal Uzmanı ünvanını qazanırsınız və iki uzmanlıq diölomu olan həkim olursunuz. Onu da qeyd edim ki, yan dal yalnızca daxili xəstəliklərdə deyil, cərrahiyə, urologiya, anesteziya və reanimatologiya kimi əsas ixtisas sahələrində də mövcuddur.